III təsnifat mərhələsinin 8 cütü: ÇL - 2020/21
ESTAFET/ Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Mərasim iki hissədən ibarət olub. Öz ölkəsinin çempionu olan 10 komanda 5 cüt təşkil edib. Çempionlar yolunda mübarizəni davam etdirənlər arasında Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub.
Reytinqli çempionatların 6 təmsilçisi Liqa yolunda rəqiblərini tanıyıb. Onlar üç cüt təşkil edib.
III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da keçiriləcək. Həmin matçların meydan sahibi də püşkatmada müəyyənləşib.
Qeyd edək ki, sentyabrın 1-də pley-offun püşkü atılacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
“Ferensvaroş” (Macarıstan) - “Dinamo” (Xorvatiya)
“Qarabağ” (Azərbaycan) - “Molde” (Norveç)
“Omoniya” (Kipr) - “Srvena Zvezda” (Serbiya)
“Midtülland” (Danimarka) - “Yanq Boyz” (İsveçrə)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Dinamo” (Belarus)
Liqa yolu
PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya)
“Dinamo” (Ukrayna) - “Alkmaar” (Niderland)
“Gent” (Belçika) - “Rapid” (Avstriya)