Lippert 100 namizəd arasından seçildi

ESTAFET/ AFFA-nın sabiq texniki direktoru Bernhard Lippertin yeni iş yeri müəyyənləşib. Almaniyalı mütəxəsis bundan sonra Qana Futbol Assosiasiyasında çalışacaq.
İyulda AFFA ilə müqavilə müddəti başa çatan Lippert Afrika təmsilçisində də texniki director vəzifəsini icra edəcək. O, bu postda martda ayrılan Fransis Oti Akentenqi əvəz edəcək.
Maraqlıdır ki, Qana Futbol Assosiasiyasına texniki direktorluq üçün 100-dən çox məşqçi müraciət edib. Qurum onlardan 6-nı seçib ki, həmin şəxslərlə videokonfrans yolu ilə görüş keçirilib. Qanalılar ilkin razılıq əldə etdikləri Lippertin təyinatını tezliklə açıqlayacaqlar.
Qeyd edək ki, 2008-ci ildən ölkəmizdə fəaliyyət göstərən Bernhard Lippert U-19 və U-21 yığmalarımıza da rəhbərlik edib.
