QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI: VI TUR

ESTAFET/ Riqada (Latviya) qadınlar arasında şahmat üzrə 18-ci Avropa çempionatında artıq favoritlər müəyyənləşir. Belə ki, artıq çempionatın 5 turu arxada qalıb və qitənin ən dərin zakaya sahib zərif cins nümayəndələri mövqelərini möhkəmlətməyə çalışırlar. Bu gün çempionatda altıncı tur oynanılacaq.

 

Bildiyiniz kimi, çempionatına 9 şahmatçı ilə təmsil olunuruq. Şahmatçılarımız burada Avropa çempionatının medalları ilə yanaşı növbəti Dünya çempionatı üçün vəsiqə uğrunda da mübarizə aparırlar.

 

Təmsilçilərimizin VI turda qarşılaşacaqları rəqibləri və qeydə alınan nəticələri təqdim edirik.

 

ŞAHMATÇI ELO Hesab ELO ŞAHMATÇI
 Ülviyyə Fətəliyeva  2287  0,5:0,5  2449   Jolanta Zavadzka (POL) 
 Darya Pustovoytova (RUS)   2411  1:0  2322   Zeynəb Məmmədyarova
 Gülnar Məmmədova   2357  0,5:0,5  2136   Svetlana Petrenko (MDA) 
 Darya Çaroçkina (RUS) 2381 0,5:0,5 2241  Xəyalə Abdulla 
 Anastasiya Sazonova (RUS) 2143 1:0 2348  Günay Məmmədzadə 
 Xanım Balacayeva 2196  0,5:0,5  2443  Deymante Daulite (LTU) 
 Türkan Məmmədyarova 2267 0,5:0,5 2122  Kamille de Soroş (SUI) 
 Nərmin Məmmədova 2240 0,5:0,5 2072  Karina Əzimova 
 Gövhər Beydullayeva 2054 0,5:0,5 2229  Katarzina Toma