Millimizin üzvü "Lill"in transfer gündəmində

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Mustafa Yıldırım karyerasını Fransada davam etdirə bilər. Türkiyə mətbuatının məlumatına görə, “Lill” 18 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Bir müddət əvvəl Burak Yılmazla anlaşan Liqa1 təmsilçisi Türkiyədə çıxış edən 4 oyunçunu izləyir ki, onlardan biri də məhz Yıldırımdır. Fransızların idman diroktoru Luis Kampos "Alanyaspor"un oyunçusu ilə yanaşı, "Altınordu"dan Berke Kılıç, "Ərzurumspor"dan Eyüp Oskan və "Fənərbaxça"dan Arda Okan Kurtulanı diqqət mərkəzində saxlayır.
Qeyd edək ki, Mustafa Yıldırım U-21-lər arasında AVRO-2021-in seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Sumqayıtda keçirilən Azərbaycan - Fransa matçının ikinci hissəsində iştirak edib.
