QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI: VII TUR
ESTAFET/ Riqada (Latviya) qadınlar arasında şahmat üzrə 18-ci Avropa çempionatında davam edir. Bu gün çempionatda yeddinci tur oynanılır.
Azərbaycan çempionatına 9 şahmatçı ilə təmsil olunur. Şahmatçılarımız burada Avropa çempionatının medalları ilə yanaşı növbəti Dünya çempionatı üçün vəsiqə uğrunda da mübarizə aparırlar.
Təmsilçilərimizin VII turda qarşılaşacaqları rəqibləri və qeydə alınan nəticələri təqdim edirik.
ŞAHMATÇI | ELO | Hesab | ELO | ŞAHMATÇI |
Pia Kramlinq (SWE) | 2452 | 0,5:0,5 | 2287 | Ülviyyə Fətəliyeva |
Zeynəb Məmmədyarova | 2322 | 0,5:0,5 | 2398 | Sara Hulth (GER) |
Naruna Çan (RUS) | 1981 | 0:1 | 2136 | Gülnar Məmmədova |
Xəyalə Abdulla | 2241 | 0,5:0,5 | 2382 | Evgeniya Ovod (RUS) |
Günay Məmmədzadə | 2348 | 0:1 | 2230 | Anna Kantane (POL) |
Xanım Balacayeva | 2196 | 0:1 | 2370 | Filiz Osmanoca (GER) |
Karina Azimova (RUS) | 2072 | 0:1 | 2267 | Türkan Məmmədyarova |
Elizabet Limanovska (LAT) | 1990 | 0:1 | 2240 | Nərmin Məmmədova |
Mariya Gevorqyan (ARM) | 2227 | 1:0 | 2054 | Gövhər Beydullayeva |
7 turdan sonra birgünlük istirahətin ardınca çempionatda mübarizə davam edəcək. Hələ ki, arxada qalan turlardan sonra şahmatçılarımızın ümumi sıralamadı mövqeləri aşağıdakı kimidi.
20. Ülviyyə Fətəliyeva - 4,5 xal
32. Gülnar Məmmədova - 4,5 xal
35. Zeynəb Məmmədyarova - 4 xal
38. Xəyalə Abdulla - 4 xal
83. Nərmin Məmmədova - 3,5 xal
87. Türkan Məmmədyarova - 3,5 xal
94. Günay Məmmədzadə - 3 xal
107. Xanım Balacayeva - 2,5 xal
112. Gövhər Beydullayeva - 2,5 xal
Turnir cədvəlinə isə 5,5 xalla 4 şahmatçı başçılıq edir. Sona 4 tur qaldığını nəzərə alsaq, əminliklə şahmatçılarımızın medal şansları olduğunu söyləmək olar.