“Özümü çox yaxşı hiss edirəm”: Eddi İsrafilov

ESTAFET/ “Məşqçinin bizdən istədiyini nikbinliklə işləyirik. Yeni komandayıq, bu mövsüm iddialılar sırasında yer almaq istəyirik”. Bunu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya mətbuatına açıqlamasında deyib.

Formasını geyindiyi “Albasete” La Liqa2-yə böyükhesablı məğlubiyyətlə (“Espanyol” – 0:3) məğlubiyyətlə başlasa da, yarımmüdafiəçi ümidini itirmir. 28 yaşlı orta sahə oyunçusu eyni zamanda öz durumundan da bəhs edib: “Pandemiya dönəmindən sonra toparlanmaq çətindir. Ancaq istədiyimiz formanı yığmaq üçün əlimizdən gələni edirik. Şəxsən mən özümü çox yaxşı hiss edirəm. Mövsüm hələ yeni başlayıb, yavaş-yavaş daha yaxşı oynayacağam”.

Qeyd edək ki, “Albasete” II turda sentyabrın 20-də “Ponferradina”nı qəbul edəcək. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV