Təxirə salınan oyun keçirildi: AL - 2020/21

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub. “Riqa” ilə “Tre Fiori” arasında dünən yarımçıq dayandırılan görüş bu gün davam etdirilib.

Latviyanın paytaxtı Riqada baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Bununla Latviya təmsilçisi III təsnifat mərhələsində “Seltik”ə (Şotlandiya) rəqib olub. Həmin görüş sentyabrın 24-də Riqada keçiriləcək.

Qeyd edək ki, “Riqa” - “Tre Fiori” matçı dünən hesab 0:0 olarkən birinci hissənin gedişində arenanın işıqlandırma sistemində problem yarandığı üçün dayandırılmışdı.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi

18 sentyabr 2020
“Riqa” (Latviya) - “Tre Fiori” (San-Marino)  1:0
Qol: Pedrinyo 57

Müəllif: Natiq NƏSİROV