Moldova Fransaya qalib gəldi

ESTAFET/ Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Moldova yığması növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. Vladimir Vusatoqonun kollektivi Fransa ilə qarşılaşıb.

Bir gün əvvəl rəqibinə 1:10 hesabı ilə uduzan moldovalılar ikinci matçda 3:2 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, AVRO-2022-nin seçmə mərhələsində Moldova yığması qrupda Azərbaycan, Slovakiya, həmçinin Türkiyə - Yunanıstan cütünün qalibi ilə mübarizə aparacaq.

Müəllif: Məsim MƏSİMZADƏ