QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI: X TUR

ESTAFET/ Riqada (Latviya) keçirilən qadınlar arasında şahmat üzrə 18-ci Avropa çempionatı artıq yekun mərhələsindədir. Belə ki, bu gün çempionatda sonuncudan əvvəlki tur oynanılır. Lakin görünən odur ki, gərginlik son turadək davam edəcək - xal durumundakı sıxlıq belə deməyə əsas verir.  

 

Azərbaycan çempionatına 9 şahmatçı ilə təmsil olunur. Şahmatçılarımız burada Avropa çempionatının medalları ilə yanaşı növbəti Dünya çempionatı üçün vəsiqə uğrunda da mübarizə aparırlar.

 

Təmsilçilərimizin X turda qarşıladıqları rəqibləri və qeydə alınan nəticələri təqdim edirik.

 

ŞAHMATÇI ELO Hesab ELO ŞAHMATÇI
 Gülnar Məmmədova  2357   0,5:0,5   2456   Lela Cavaxışvili (GEO) 
 Ülviyyə Fətəliyeva   2287   0:1   2414   Karina Sçepkovska (POL)
 Zeynəb Məmmədyarova   2322   0,5:0,5   2429   Ekaterina Atalık (TUR) 
 Katarzina Toma (POL) 2229  0:1  2348  Günay Məmmədzadə 
 Xəyalə Abdulla 2241  1:0  2343  Anna Varakomska (POL) 
 İlze Berzina (LAT) 2297  0,5:0,5  2196  Xanım Balacayeva 
 Türkan Məmmədyarova 2267  1:0  2111  Monika Çıqanova (EST) 
 Nərmin Məmmədovaa 2240  0,5:0,5  2093  Renate Vidruska (LAT) 
 Madara Golsta 1619  0:1  2054  Gövhər Beydullayeva

 

Geridə qalan 10 turdan sonra şahmatçılarımızın ümumi sıralamadı mövqeləri aşağıdakı kimidi.

 

36. Gülnar Məmmədova - 6 xal

40. Günay Məmmədzadə - 6 xal

46. Zeynəb Məmmədyarova - 5,5 xal

47. Ülviyyə Fətəliyeva - 5,5 xal

54. Xəyalə Abdulla - 5,5 xal

80. Türkan Məmmədyarova - 5 xal

82. Xanım Balacayeva - 5 xal

95. Nərmin Məmmədova - 4,5 xal

112. Gövhər Beydullayeva - 4 xal

 

Turnir cədvəlinə isə 8 xalla gürcü Nana Caqnidze başçılıq edir.