QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI: X TUR
ESTAFET/ Riqada (Latviya) keçirilən qadınlar arasında şahmat üzrə 18-ci Avropa çempionatı artıq yekun mərhələsindədir. Belə ki, bu gün çempionatda sonuncudan əvvəlki tur oynanılır. Lakin görünən odur ki, gərginlik son turadək davam edəcək - xal durumundakı sıxlıq belə deməyə əsas verir.
Azərbaycan çempionatına 9 şahmatçı ilə təmsil olunur. Şahmatçılarımız burada Avropa çempionatının medalları ilə yanaşı növbəti Dünya çempionatı üçün vəsiqə uğrunda da mübarizə aparırlar.
Təmsilçilərimizin X turda qarşıladıqları rəqibləri və qeydə alınan nəticələri təqdim edirik.
ŞAHMATÇI | ELO | Hesab | ELO | ŞAHMATÇI |
Gülnar Məmmədova | 2357 | 0,5:0,5 | 2456 | Lela Cavaxışvili (GEO) |
Ülviyyə Fətəliyeva | 2287 | 0:1 | 2414 | Karina Sçepkovska (POL) |
Zeynəb Məmmədyarova | 2322 | 0,5:0,5 | 2429 | Ekaterina Atalık (TUR) |
Katarzina Toma (POL) | 2229 | 0:1 | 2348 | Günay Məmmədzadə |
Xəyalə Abdulla | 2241 | 1:0 | 2343 | Anna Varakomska (POL) |
İlze Berzina (LAT) | 2297 | 0,5:0,5 | 2196 | Xanım Balacayeva |
Türkan Məmmədyarova | 2267 | 1:0 | 2111 | Monika Çıqanova (EST) |
Nərmin Məmmədovaa | 2240 | 0,5:0,5 | 2093 | Renate Vidruska (LAT) |
Madara Golsta | 1619 | 0:1 | 2054 | Gövhər Beydullayeva |
Geridə qalan 10 turdan sonra şahmatçılarımızın ümumi sıralamadı mövqeləri aşağıdakı kimidi.
36. Gülnar Məmmədova - 6 xal
40. Günay Məmmədzadə - 6 xal
46. Zeynəb Məmmədyarova - 5,5 xal
47. Ülviyyə Fətəliyeva - 5,5 xal
54. Xəyalə Abdulla - 5,5 xal
80. Türkan Məmmədyarova - 5 xal
82. Xanım Balacayeva - 5 xal
95. Nərmin Məmmədova - 4,5 xal
112. Gövhər Beydullayeva - 4 xal
Turnir cədvəlinə isə 8 xalla gürcü Nana Caqnidze başçılıq edir.