Bakıdakı turnir üçün 15-dən çox komanda qeydiyyatdan keçib

ESTAFET/ “Noyabrda Azərbaycan Paralimpiya Komitəsinin təklifi ilə paracüdo üzrə beynəlxalq Qran-Pri turniri Azərbaycanda keçirilməlidir”.

Bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, noyabrın 14-də keçirilməsi nəzərdə tutulan turnirin baş tutması üçün əllərindən gələni edirlər: “15 ölkədən artıq komanda qeydiyyatdan keçib. Həmin vaxta qədər ümumi vəziyyətə baxacağıq. Proqramımız qəbul olunsa, həmin turnir Azərbaycanda keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV