Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"Mövsümün ən vacib oyununa çıxacağıq": - Pavel Vşolek
"Mövsümün ən vacib oyununa çıxacağıq": Pavel Vşolek

ESTAFET/ “Əsas odur ki, növbəti mərhələyə adlamaq hədəfimizə çatdıq. İndi yenilənməyə və növbəti matça hazırlaşmağa vaxtımız var”.

Bu sözləri “Legiya” klubunun hücumçusu Pavel Vşolek Avropa Liqasının III təsnifat mərhələsində “Drita” (Kosovo - 2:0) ilə oyunu dəyərləndirərkən deyib.

Varşava təmsilçisinin rəsmi saytına danışan 28 yaşlı forvard sevincli olduqlarını söyləyib. “Sampdoriya”, “Verona”, “Kuinz Park Reyncers” kimi klublarda çıxış etmiş Polşa millisinin sabiq üzvü play-off mərhələsində “Qarabağ”la keçiriləcək görüşə də münasibət bildirib: “Bir həftədən sonra “Qarabağ”a qarşı mövsümün ən vacib oyununa çıxacağıq. Qrupa düşüb-düşməyəcəyimizi həmin matçın nəticəsi müəyyənləşdirəcək. Həmişə müsbət düşünməyə çalışıram və inanıram ki, ən yaxşısı hələ gələcəkdir”.

Qeyd edək ki, bir oyundan ibarət pley-off mərhələsində “Legiya” ilə “Qarabağ” oktyabrın 1-də Polşada üz-üzə gələcək.

Müəllif: Natiq NƏSİROV