Zidan Mərakeş klubu ilə anlaşdı

ESTAFET/ “Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan növbəti dəfə komandasını dəyişməyə hazırlaşır. “Kral klubu”nun yetirməsi bu dəfə Afrika qitəsində çıxış etməyə yaxındır.

“Real”da ümidləri doğrultmayan və müxtəlif klublarda heyətə düşə bilməyən 25 yaşlı yarımmüdafiəçi Mərakeşin “Vidad” klubu ilə anlaşıb. Enzonun meneceri də məlumatı təsdiqləyib. Fransalı futbolçu tezliklə keçidini rəsmiləşdirəcək.

Qeyd edək ki, Enzo Zidan son olaraq “Almeriya”da çıxış edib. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV