Dünyanın ən yaxşı futbolçusu koronavirusa yoluxdu

ESTAFET/ Dünyanın ən yaxşı qadın futbolçusu Marta koronavirusa yoluxub. Bu barədə Braziliya Futbol Konfederasiyası məlumat yayıb.

Koronavirus testi pozitiv çıxan 34 yaşlı hücumçu Braziliya yığmasının heyətindən çıxarılıb. O, 27 noyabr və 1 dekabr tarixlərində Ekvadorla keçiriləcək yoldaşlıq görüşlərini buraxacaq. Forvardın vəziyyəti ilə bağlı hər hansı məlumat verilməyib.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-ın “Orlando Pride” klubunda çıxış edən Marta 6 dəfə dünyanın ən yaxşı qadın futbolçusu seçilib.

Müəllif: Natiq NƏSİROV