21 yaşlı velosipedçi koronavirusdan öldü

ESTAFET/ San Marino velosipedçisi Maykl Antonelli 21 yaşında vəfat edib. Buna səbəb gənc idmançının koronavirusa yoluxması olub.

Antonelli testi pozitiv çıxdıqdan sonra noyabrın 30-da xəstəxanaya yerləşdirilmiş, ailəsi isə evdə karantinə alınmışdı. Lakin halı pisləşən velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Maykl Antonelli 2018-ci ilin avqustundakı yarış zamanı dərəyə düşərək ağır yaralanmışdı. Sağalması uzun sürən idmançının qəbul etdiyi dərmanlara görə bədəni zəifləmişdi.

Müəllif: Natiq NƏSİROV