Demirbayda koronavirus aşkarlandı

ESTAFET/ Almaniyanın “Bayer” klubunun türk əsilli futbolçusu Kerem Demirbay koronavirusa yoluxub. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 27 yaşlı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Komandadan təcrid edilən yarımmüdafiəçi evində karantinə alınıb. Digər bütün futbolçuların testi neqativ çıxıb və onlar Bundesliqanın növbəti oyununda iştirak edə biləcəklər.

Qeyd edək ki, “Bayer” Bundesliqanın 10-cu turu çərçivəsində bu gün səfərdə “Şalke” ilə qarşılaşacaq.

Müəllif: Natiq NƏSİROV