GİMNASTLARIMIZIN HEYƏTİ - İSLAMİADA
ESTAFET/ İslam Həmrəyliyi Oyunlar çərçivəsində gimnastikanın üç növü - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunacaq. Mayın 12-də Milli Gimnastika Arenasında start veriləcək gimnastika yarışları dörd gün davam edəcək.
Proqrama əsasən, mayın 12-13-də bədii gimnastika üzrə təsnifat mərhələləri, mayın 14-də isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.
İdman gimnastikası üzrə təsnifat yarışları mayın 13-14-də, ayrı-ayrı alətlər üzrə finallar isə mayın 15-də təşkil olunacaq.
Oyunlarda gimnastika üzrə 14 ölkədən idmançıların çıxışı gözlənilir.
Azərbaycanı “Bakı-2017”də bədii gimnastlar Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastları Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.