"Bakını çox sevirəm"

Koreyanın bədii gimnastika klubu "Kim Ju Yenq"in baş məşqçisi Yelena Pastux ilə müsahibəni sizə təqdim edirik.

- Bu sizin Bakıya ilk səfərinizdir?

- Bu, mənim Bakıya ikinci səfərimdir. Ötən il Dünya kuboku zamanı burada olmuşam. Lakin gimnastlarla birlikdə məşq toplanışı üçün ilk dəfədir ki, gəlirik.

- Məşq toplanışı üçün hansı fəaliyyətləri nəzərdə tutursunuz?

- Uzun bir uçuşumuz oldu. Əvvəlcə gündə bir dəfə məşq edəcəyik. Həmçinin idman zalına da gedirik. Həftədə iki dəfə hovuz getməyi də planlaşdırırıq.

- Milli Gimnastika Arenası sizdə hansı təəssüratları yaratdı?

- Mən heyran qaldım. Burada əla şərait var, dünyada çox az rast gəlinən möhtəşəm bir zaldır.

- Bakı şəhəri haqqında nə düşünürsünüz?

- Keçən səfər buraya gələndə özüm şəhəri gəzdim. Şəhərin mərkəzində və bulvarda oldum. Bakını çox sevirəm. Çox ölkələrdə olmuşam, amma Bakıya vurulmuşam.

Müəllif: Bəhruz MƏMMƏDOV