2020-ci ildə meydana çıxan ən gənc və ən yaşlı futbolçu
ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün 2020-ci ilə aid hissəsində meydana çıxan ən gənc və ən yaşlı futbolçu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, arxada qalan 13 turda ən gənc oyunçu Cəlal Hüseynov olub.
“Zirə”nin 16 yaşlı futbolçusu cari mövsümdə meydana çıxan ən azyaşlı futbolçudur. 2004-cü il təvəllüdlü müdafiəçinin ən yaxın izləyiciləri ondan 2 yaş böyükdür. Bunlar
Fərid Yusifli (“Neftçi”), Musa Qurbanlı (“Qarabağ”), Rüfət Əhmədov (“Qəbələ”) və Veysəl Rzayevdir (“Sabah”).