Medinanın cəzası - 2 oyun və 1600 manat

ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın XIII turunun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;

“Zirə” klubunun 44 nömrəli futbolçusu Dmitrios Çantakias ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Müəllif: Orxan NOVRUZOV