AVROPA ÇEMPİONATI ÜÇÜN KLASSİKLƏRİN HEYƏTİ
ESTAFET/ 2-7 may 2017-ci il tarixdə Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatında hər üç növdə yığma komandalarımız mübarizə aparacaq.
Yarışların son iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Yunan-Roma güləşi üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İraq və Gürcüstandan olan güləşçilər də iştirak edir.
Yığma komandanın böyük məşqçisi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) çempionatda ölkəmizi təmsil edəcək.
Proqrama əsasən, mayın 6-da 59, 66, 98 və 130 kq, son yarış günündə isə 71, 75, 80 və 85 kq çəkidə idmançılar arasında qaliblər müəyyənləşəcək.