Di Mariya bəzi şərtlərlə qalmağa hazırdır

ESTAFET/ Fransanın PSJ klubunun yarımmüdafiəçisi Anxel Di Mariya komandasını dəyişməklə bağlı qərarını dəyişməyə hazırdır. Argentinalının bu fikrə düşməsində baş məşqçi dəyişikliyi böyük rol oynayıb.

Ulduz futbolçu baş məşqçi təyin edilən həmyerlisi Maurisio Poçettinonun rəhbərliyi altında çıxış etməyə hazırdır. Ancaq bunun üçün şərti var. Yarımmüdafiəçi start heyətində çıxış edəcəyi ilə bağlı zəmanət verilərsə, yeni müqavilə imzalamağı düşünəcəyini açıqlayıb.

Qeyd edək ki, Anxel Di Mariyanın PSJ ilə müqavilə müddətin mövsümün sonuna qədərdir.

Müəllif: Bəhruz MƏMMƏDOV