PSJ darmadağınla yarımfinalda

ESTAFET/ Fransa kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Son gündə 2 oyun baş tutub.
“Brest” “Dunkerk”ə uduzaraq mübarizəni dayandırıb. PSJ isə “Brioşen”lə qarşılaşmada darmadağınla mərhələ adlayıb.
Daha öncə “Anje” və “Kann” da növbəti mərhələyə yüksəlmişdilər.
Yarımfinal cütləri püşklə müəyyənləşəcək.
Fransa kuboku
1/4 final
26 fevral 2025
Brest – Dunkerk 2:3
Qollar: Laqe 45, B.Yussuf 59 (ö.q.) : Sasso 65, Sanqante 80; 84.
Brioşen – PSJ 0:7
Qollar: J.Neves 16, Q.Ramos 36, 48, 58, Due 55, Mayulu 66, Dembele 85.
