AFİNADA İLK GÜNƏ 1 MEDAL GƏLDİ

ESTAFET/ Afina şəhərində təşkil edilən “DTF Prezident Kuboku” beynəlxaq yarışın ilk günü ilk medalımız gəldi. Belə ki, 27 aprel tarixində startı verilən turnirdə  57 kq çəki dərəcəsində mübarizəyə qatılan qadın taekvondoçumuz Yaprak Eriş ardıcıl olaraq, Asimina Tzortzi (YUN), Laurygan Celin (FRA), Raheleh Asemani (BEL) və Patrisiya Adamkieviczi (POL) yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda döyüşdə rus Yekaterina Kimlə qarşılaşan təmsilçimiz məğlub olaraq turniri bürünc medalla başa vurub.

 

Xəbər verdiyimiz kimi, sayca ikinci olan G2 kateqoriyalı yarışda yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız 35 idmançı ilə təmsil olunur və bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar. Yarışa 30 aprel tarixində yekun vurulacaq.