İkinci oyun günü üçün təyinatlar - Azərbaycan Kuboku

ESTAFET/ Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin son təyinatları açıqlanıb. İkinci oyun gününün 3 qarşılaşmasının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi bəlli olub.

Sabahkı görüşlərdə Premyer Liqa və I divizion təmsilçiləri üz-üzə gələcək. Bu matçları Rauf Allahverdiyev, Fərid Hacıyev və Nicat İsmayıllı idarə edəcək.

Azərbaycan kuboku
1/8 final

25 yanvar 2021

14:00  “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu,

16:00  “Qaradağ Lökbatan” – “Zirə”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Dalğa Arena”

17:00  “Sabah” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”

Müəllif: Natiq NƏSİROV