“Atletiko”nun daha bir futbolçusu koronavirusa yoluxdu

ESTAFET/ İspaniyanın “Atletiko” klubunun daha bir futbolçusu koronavirusa yoluxub. Bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Joao Feliksin koronavirus testi pozitiv çıxıb. Bu səbəbdən Portuqaliya millisinin üzvü özünü təcrid edir. 22 yaşlı hücumameyilli oyunçunun müalicəsinə başlanılıb.

Qeyd edək ki, yanvarın 31-də “Atletiko” yarımmüdafiəçi Yannik Karrasko və müdafiəçi Mario Ermosonun koronavirusa yoluxduğunu açıqlamışdı.

Müəllif: Orxan NOVRUZOV