Jorjinyo üçün yeni təklif
ESTAFET/ İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Jorjinyo ilə bağlı qərarını verib. London təmsilçisinin yeni baş məşqçisi Tomas Tuxel İtaliya millisinin üzvünü sərəncamında görməkdə maraqlıdır.
Bu səbəbdən “zadəganlar” Braziliya əsilli orta sahə oyunçusuna yeni müqavilə təklif edib. 30 yaşlı vitse-kapitanın meneceri ilə danışıqlara artıq başlanılıb. Tərəflər sözləşmə müddətinin 2025-ci ilin yayına qədər uzadılmasını müzakirə edir.
Qeyd edək ki, Jorjinyo “Çelsi”yə 2018-ci ildə İtaliyanın “Napoli” klubundan keçib.