27 il sonra 4-cü divizion klubu 1/4 finalda

ESTAFET/ Futbol üzrə Almaniya kubokunun 1/8 final mərhələsi sensasiya ilə əlamətdar olub. 4-cü divizion təmsilçisi “Rot-Vayss” 1/4 finala yüksəlib.

Qərbi Regionalliqada mübarizə aparan Essen təmsilçisi “Bayer”ə qalib gəlib. Aşağı liqa klubu Leverkuzen təmsilçisini əlavə vaxtda vurulan qolla mübarizədən kənarlaşdırıb – 2:1.

Bu, “Rot-Vayss”ın tarixində 6-cı belə uğurdur. Komanda 1/4 finala sonuncu dəfə 27 il öncə - 1993/94 mövsümündə çıxıb.

Qeyd edək ki, Azərbaycan kubokunda I divizion təmsilçisi “Kəpəz” 1/4 finala yüksəlməklə sensasiyaya imza atıb.

Müəllif: Natiq NƏSİROV