“Barselona” qapıçısının gedişinə razılıq verdi

ESTAFET/ İspaniyanın və dünya nəhəngi “Barselona” qapıçısı Netonun gedişinə razılıq verib. Kataloniya təmsilçisi mövsümün sonunda braziliyalı qolkiperlə yollarını ayıracaq.

Əsas heyətə düşə bilməyən 32 yaşlı oyunçu qış fasiləsində ayrılmaq istəsə də, baş məşqçi Ronald Kuman buna icazə verməmişdi. Lakin niderlandlı mütəxəssis yayda Netonun istəyinə qarşı çıxmayacaq. İspanlar onun transferindən təxminən 15 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Neto “Barselona”ya 2019-cu ildə “Valensiya”dan keçib.

Müəllif: Natiq NƏSİROV