“Krotone” baş məşqçisini qovdu

ESTAFET/ İtaliya klubu “Krotone” baş məşqçisi Covanni Stroppa ilə yollarını ayırıb. Bu barədə klub rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Bildirilib ki, ardıcıl uğursuz nəticələr səbəbindən çalışdırıcı istefaya göndərilib. Komanda hazırda A seriyasında 12 xalla sonuncu pillədə qərarlaşır.

Qeyd edək ki, Covanni Stroppanın 2018-ci ildən çalışdırdığı “Krotone” ötən il A seriyasına vəsiqə qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV