Bundesliqa klubu baş məşqçini istefaya göndərir
ESTAFET/ Almaniyanın “Arminiya” klubu baş məşqçisi Uve Noyhausu istefaya göndərəcək. Buna komandanın uğursuz nəticələri səbəb olub.
61 yaşlı mütəxəssisin yetirmələri son 5 oyunda 4 məğlubiyyət alıb. Bu matçlarda top fərqi 2:14 olub. Komanda yeganə xalını “Bavariya”dan alıb – 3:3.
Qeyd edək ki, “Arminiya” Bundesliqanın turnir cədvəlində 16-cı sırada yer alıb. (apasport.az)