İntizam Komitəsinin növbəti iclası keçirilib
ESTAFET/ Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasında aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın XVII turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
XVII turun “Sabah” – “Keşlə” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
“Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
XVII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
I Divizionun XIV turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.