Gerrero Azərbaycanla oyunu buraxa bilər

ESTAFET/ DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya yığması daha bir problemlə üzləşib. Müdafiəçi Rafael Gerrero zədələnib.
Dortmund “Borussiya”sının sol cinah oyunçusu Almaniya kubokunun 1/4 final mərhələsində Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşmanın 5-ci dəqiqəsində zədələnərək əvəzlənib. Sol ayağında əzələ problemi yaranan Gerreronun Portuqaliyanın qarşıdakı oyunlarında iştirakı sual altına düşüb.
Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu martın 24-də Azərbaycan yığmasına qarşı keçirəcək.
