Olimpiada yalnız yaponlar üçün keçiriləcək?
ESTAFET/ Tokio 2020 Yay Olimpiya Oyunları zamanı yarışlara yalnız yerli tamaşaçılar buraxıla bilər. Buna səbəb koronavirus pandemiyasıdır.
Yaponiya hökuməti dördilliyin multiidman yarışının xarici tamaşaçılar olmadan keçirilməsini nəzərdən keçirir. Məsələ ilə bağlı yekun qərar bu ay veriləcək.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.