De Byazi Əhmədzadəni İtaliya klublarına təklif edəcək
ESTAFET/ AFFA-nın milliləşdirməyə çalışdığı Ukraynanın “Minay” kubunun hücumçusu Rüstəm Əhmədzadə mövsümün sonunda komandasını dəyişə bilər.
Gənc forvardın böyük gələcək vəd etdiyini düşünən Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi onun Ukraynada qalmasını istəmir.
Təcrübəli mütəxəssis əlaqələrini işə salaraq, 21 yaşlı forvardın karyerasını İtaliyada davam etdirməsinə çalışır. De Byazi bununla bağlı italyan köməkçilərini də təlimatlandırıb. Onların məqsədi Əhmədzadənin yayda İtaliyanın B seriyası klublarından birinə keçidində vasitəçilik etmək olacaq. Bu üzdən baş məşqçi və köməkçiləri B seriyası klublarına Rüstəmi təklif edəcək.
Qeyd edək ki, Rüstəm Əhmədzadənin “Minay”la müqavilə müddəti iyunun sonuna qədərdir.