Monteneqro və Albaniya yığmamıza rəqib oldu
ESTAFET/ 17 yaşadək qızlar arasında Avropa çempionatının 1-ci mərhələsinin püşkü atılıb. Reytinqinə əsasən A və B liqalarına ayrılan iştirakçılar qruplara bölünüb.
Zəif reytinqli komandalar sırasında olan Azərbaycan yığması B qrupunda mübarizə aparacaq. Millimiz 6-cı qrupunda yer alıb. Komandamızın rəqibləri Monteneqro və Albaniya olacaq.
1-ci mərhələnin görüşləri avqustun 1-dən noyabrın 14-dək keçiriləcək. B liqasında qrup qalibləri və ən yaxşı nəticəyə malik komanda A liqasına yüksələcək.