"Sabah" Visente Qomeslə yolları ayırdı
ESTAFET/ “Sabah” baş məşqçi postunda dəyişiklik edib. Klubun saytında verilən məlumata görə, Bakı klubu çalışdırıcısı Visente Qomeslə yollarını ayırıb.
Ötən ilin yayında ispaniyalını gətirən klub rəhbərliyi ardıcıl uğursuzluqların sonunda, nəhayət ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Qomes gələn ilin yayına qədər olan sözləşməsinin ləğvinə razılıq verib.
“Sabah”da baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə edilib.