"Neftçi" Nərimancahanla yollarını ayırdı

ESTAFET/ “Neftçi” yarımmüdafiəçisi Saman Nərimancahanla yollarını ayırıb. Bu barədə Bakı klubu rəsmi saytı ilə məlumat yayıb. 

Bildirilib ki, 30 yaşlı iranlı legionerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, keçən ilin yanvarında “Neftçi”yə keçən Nərimancahan “ağ-qara” formada 22 oyunda meydana çıxıb, 1 qol vurub.

Müəllif: Natiq NƏSİROV