Bəhreyndə test həyəcanı - 13.03.2021
ESTAFET/ Bu gün hava test günlərinin sayının az olmasını başa düşüb və daha əlverişli olub. Dünən qum fırtınasına görə sürücülər çətin anlar yaşamışdılar, lakin bu gün trasdakı qum xeyli təmizlənib. Komandalar proqramlarına ənənəvi olaraq, aerodinamik testlərlə başlayıblar. Sonra isə təkərlərin və sazlanmaların yoxlanmasına keçiblər. Ciddi texniki problemlər olmayıb və Fetteldən başqa hamı uzun məsafə qət edə bilib.
Bugünkü tapşırıqlardan biri də, Pirelli-nin yeni təkərlərini yoxlamaq olub ki, komandalar azalan asfaltayatma qüvvəsinə görə təkərlərdən daha səmərəli istifadə üçün yeni yanaşmalar tapmalıdırlar.
Günün ilk hissəsi səhvsiz ötüşməyib – Həmilton güclü küləyə görə yerində fırlanıb və trasdan çıxıb. Qırmızı bayraqlar dalğalanıb, onun çınqıllığa düşmüş maşını təxliyə edilib, qısa müddətdən sonra sessiya davam edib. Latifi də eyni səhvə yol verib, lakin maşını boksa çatdıra bilib. Sayns da trasdan çıxıb.
Nahardan sonra küləyin gücü aşağı düşüb və səhvlərin sayı da azalıb. Fettel ötürmələr qutusundakı problemlə qarşılaşıb, Bottas bir gün əvvəl eyni səbəbə görə xeyli vaxt itirmişdi. Alman sürücü yalnız son dəqiqələrdə trasa çıxa bilib və cəmi 10 dövrə vurub. Günün ikinci yarısı isə onu Stroll əvəzləyib və Fettel üçün gün demək olar ki, boş keçib.
Alonso bu gün ilk dəfə Alpine-ni sınaqdan keçirib. İspan sürücünün proqramı zənginliyi ilə seçilib və səhər trasa ilk çıxan sürücülərdən biri olub. O, 100-dən çox dövrə vuraraq yaxşı formada olduğunu göstərib. Sürücülər sonlara doğru pit-stop simulyasiyası üzərində işləyiblər.
Günün sonuna saat yarım qalmış qırmızı bayraqlar yenə sürücüləri dayandırıb – Peres və Latifinin maşınları təmas edib. Maşınlardan qopan qırıntılar yığışdırıldıqdan sonra sürücülər yenidən trasa çıxıblar.
Valtteri Bottas yumşaq təkərlərlə ən sürətli dövrəni vurub – 1:30.289. Digərləri isə buna cəhd etməyiblər. Latifi isə günün ən çox məsafə qət edən sürücüsü olub. Qeyd edək ki, o və Covinatsi artıq test proqramlarını başa vurublar və sabah – testlərin son günündə iştirak etməyəcəklər. (f-1.az)
Yer | № | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:30.289 | - | 58 | C5 |
2 | 10 | Pyer Qasli | Alpha Tauri | 1:30.413 | +0:00.124 | 87 | C5 |
3 | 18 | Lens Stroll | Aston Martin | 1:30.460 | +0:00.171 | 70 | C5 |
4 | 4 | Lando Norris | McLaren | 1:30.586 | +0:00.297 | 52 | C4 |
5 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:30.760 | +0:00.471 | 125 | C5 |
6 | 16 | Şarl Lekler | Ferrari | 1:30.886 | +0:00.597 | 73 | C5 |
7 | 6 | Nikolas Latifi | Williams | 1:31.672 | +0:01.383 | 132 | C4 |
8 | 11 | Serxio Peres | Red Bull | 1:31.682 | +0:01.393 | 117 | C2 |
9 | 3 | Daniel Rikkardo | McLAren | 1:31.215 | +0:01.926 | 52 | C3 |
10 | 14 | Fernando Alonso | Alpine | 1:32.339 | +0:02.050 | 128 | C2 |
11 | 22 | Yuki Tsunoda | Alpha Tauri | 1:32.684 | +0:02.395 | 57 | C4 |
12 | 47 | Mik Şumaxer | Haas | 1:32.883 | +0:02.594 | 88 | C4 |
13 | 55 | Karlos Sayns | Ferrari | 1:33.072 | +0:02.783 | 56 | C3 |
14 | 9 | Nikita Mazepin | Haas | 1:33.101 | +0:02.812 | 76 | C4 |
15 | 44 | Lyuis Hemilton | Mercedes AMG | 1:33.399 | +0:03.110 | 58 | C2 |
16 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:38.849 | +0:08.560 | 10 | PR |