Obameyanq Türkiyədən “Arsenal”a futbolçu aparır

ESTAFET/ Türkiyənin “Hatayspor” klubunun futbolçusu Aron Bupendza karyerasını İngiltərədə davam etdirə bilər. Qabonlu hücumçu “Arsenal”a təklif olunub.
Bu təklif London təmsilçisinin aparıcı futbolçusu Pyerr-Emerik Obameyanqdan gəlib. Forvard Qabon millisindəki komanda yoldaşını “Arsenal” rəhbərliyinə məsləhət görüb.
Qeyd edək ki, bir müddət öncə Rusiya “Krasnodar”ına keçəcəyi gözlənilən Bupendzanın transferi son anda reallaşmadı.
