MMA döyüşçülərimizin mətbuat konfransı keçirilib

ESTAFET/ Bu gün Bakı Olimpiya Stadionunda azərbaycanlı MMA idmançıları – Mehman Məmmədov, Tofiq Musayev, Vüqar Kərəmov və Tural Rəhimovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Mehman Məmmədov bu ay Moldovanın paytaxtı Kişinyovda qazandığı “Eagles” kəmərindən danışıb. O bildirib ki, kəməri müdafiə etmək üçün bu təşkilatda qalıb-qalmayacağına məşqçi Ruslan Əfəndiyev qərar verəcək.
Tofiq Musayevlə Vüqar Kərəmov isə mayın 23-də “Rizin”də döyüşlərinin olacağını bildirib.
