Ən çox uduzduğumuz rəqiblər

ESTAFET/ DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununda Portuqaliyaya 0:1 hesabı ilə uduzan Azərbaycan yığması bu rəqibə 6-cı dəfə uduzub. Pireney təmsilçisi millimizin ən amansız 6 rəqibindən biridir.
Söhbət yığmamıza 6 və ya daha çox oyunda qalib gələn komandalardan gedir. Dörd rəqibə 7 dəfə məğlub olan komandamız iki yığmaya 6 dəfə yenilib.
Macarıstan – 7
Millimizin ən uğursuz rəqibi sayılır. 6 seçmə və 1 yoxlama oyununda qarşılaşdığımız komanda bütün görüşlərdə qalib gəlib.
Uels - 7
Seçmə mərhələlərdə 8 dəfə qarşılaşdığımız britaniyalılardan cəmi 1 xal ala bilmişik. Digər matçlarda isə komandamız məğlubiyyətə üzülüb.
Finlandiya -7
Şimallılarla da yalnız seçmə mərhələlərdə görüşmüşük. Səkkiz matçdan yalnız birində uduzmayan millimiz həmin oyunda sensasiyalı qələbə qazanıb.
Slovakiya – 7
Ən çox qarşılaşdığımız komandalardan biri olan Slovakiyaya da yalnız bir dəfə məğlub olmamışıq. Bir qələbənin qarşılığında isə 7 dəfə uduzmuşuq.
Almaniya – 6
Yığmamız Macarıstan kimi Bundestimlə keçirdiyimiz bütün qarşılaşmalarda da uduzub. Lakin almaniyalılarla daha az – 6 dəfə üz-üzə gələn millimiz yalnız seçmə mərhələlərdə rəqibin gücünü görüb.
Portuqaliya – 6
Sensasiyaya imza atdığımız heç-heçə istisna olmaqla, hər dəfə uduzduğumuz rəqibdir. Seçmə mərhələlərdəki 7 qarşılaşmadan altısında millimiz uduzan tərəf olub. (apasport.az)
