NİK-in bugünkü qərarları
ESTAFET/ Bu gün AFFA Nizam-İntizam Komitəsinin növbəti iclası keçirilib. Keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
23.03.2021-ci ildə I Divizionun XIII turunun “Kəpəz” – “Qaradağ Lökbatan” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
23.03.2021-ci ildə I Divizionun XIII turunun “Kəpəz” – “Qaradağ Lökbatan” oyununda oyun öncəsi “Qaradağ Lökbatan” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur. (maddə 62.1)
23.03.2021-ci ildə I Divizionun XIII turunun “Turan Tovuz” – “Sumqayıt-2” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
23.03.2021-ci ildə I Divizionun XIII turunun “Turan Tovuz” – “Sumqayıt-2” oyununda matç bitdikdən sonra “Turan Tovuz” klubunun 11 nömrəli futbolçusu Nurlan Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalınır klub 320 manat cərimələnir. (maddə 41.3)
28.03.2021-ci ildə I Divizionun XIV turunun MOİK – “Kəpəz” oyununda “Kəpəz” klubunun 27 nömrəli futbolçusu Hikmət Vediyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
28.03.2021-ci ildə I Divizionun XIV turunun “Neftçi-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
18.03.2021-ci ildə I Divizionun XVIII turunun “Kəpəz” – “Keşlə-2” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
18.03.2021-ci ildə I Divizionun XVIII turunun “Kəpəz” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
19.03.2021-ci ildə I Divizionun XVIII turunun “Turan Tovuz” – “Zaqatala” oyununda təcili yardım maşını stadiona gələrkən gecikdiyi üçün meydan sahibi klub 160 manat cərimələnir. (maddə 59.4)
19.03.2021-ci ildə I Divizionun XVIII turunun “Turan Tovuz” – “Zaqatala” oyununda “Zaqatala” klubunun ehtiyat oyunçuları texniki zonada sosial məsafə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunur. (maddə 91.2)