Boyanka Kostova 4-cü dəfə Avropanın ən güclüsü oldu

ESTAFET/ Rusiyanın paytaxtı Moskvada keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı start götürüb.

37 ölkədən 356 idmançının (180 kişi və 176 qadın) iştirak edəcəyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar.

Onlardan ilk olaraq Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 95 kq nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.

Toplam 211 kq (95 + 116) nəticə göstərən Boyanka Kostova yekun sıralama da Avropa çempionatının qızıl medalına sahib çıxıb.

Qeyd edək ki, ölkəmiz yarışda 3 atletlə təmsil olunur. 

Müəllif: Natiq NƏSİROV