Millimizin qitə çempionatı üçün heyəti açıqlandı

ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiya taekvondo üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) verilən məlumata görə, aprelin 8-11-də təşkil olunacaq qitə çempionatına millimiz də qatılacaq.

ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə səfərə bu gün yollanacaq komandamız yarışda 11 idmançı ilə təmsil olunacaq.

G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandost və Elnur Amanovun yetirmələrindən Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beiqi Harçeqani (80 kq), Payam Qobadi Oğaz (87 kq), Radik İsaev (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaq.

Yarışda hakimlərimizdən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək.

Müəllif: Natiq NƏSİROV