Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Ev sahibliyi Sankt-Peterburqa verilə bilər - - AVRO 2020
Ev sahibliyi Sankt-Peterburqa verilə bilər - AVRO 2020

ESTAFET/ AVRO-2020-nin final mərhələsinin Dublində keçirilməli olan qarşılaşmaları Sankt-Peterburqa verilə bilər. Buna səbəb İrlandiya paytaxtı azarkeşlərlə bağlı təminat verməməsidir.

Dublin qrup mərhələsinin üç, 1/4 finalın bir matçına ev sahibi olmalıdır. Amma təminat olmadığı üçün UEFA həmin 4 oyunu Rusiyada keçirilməsinin tərəfdarıdır. Bununla bağlı rəsmi qərar yaxın günlərdə verilməlidir.

Qeyd edək ki, Dublində qrup mərhələsinin Polşa, Slovakiya və İsveç yığmaları arasında matçları keçirilməlidir.

Müəllif: Natiq NƏSİROV