Messinin taleyinə aydınlıq gəldi

ESTAFET/ “Barselona”nın kapitanı Lionel Messi komandada qalacaq. Bu iddia ilə ESPN nəşri çıxış edib.

Bildirilib ki, Kataloniya klubunun prezidenti Joan Laporta argentinalı superulduzla ortaq məxrəcə gəlib. Leonun La Liqa təmsilçisi ilə mövsümün sonuna qədər olan müqavilə müddətini daha 2 illik uzadılacaq.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edir.

Müəllif: Natiq NƏSİROV