MY - "Liverpul" görüşü bu səbəbə təxirə salındı

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turunda bu gün Bakı vaxtı ilə saat 19:30-da başlanmalı olan "Mançester Yunayted" - "Liverpul" matçı təxirə salınıb.

Mançesterli azarkeşlərin kluba etiraz əlaməti olaraq stadiona daxil olması, görüşü qeyri-müəyyən vaxta təxirə salıb.

Artıq ikinci həftədir ki, "Mançester Yunayted" fanatları klubun sahibi Qleyzerlər ailəsinə Superliqaya daxil olduqları üçün etiraz edirlər. Bu gün isə Mançesterdə etiraz aksiyası keçirən azarkeşlər "Old Trafford"a daxil olaraq oyunun keçirilməsinə imkan verməyiblər.

Müəllif: Natiq NƏSİROV