Millimiz Yunanıstana qarşı
ESTAFET/ Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq. Yığmamız Avropa çempionatının seçmə mərhələsində Yunanıstanla üz-üzə gələcək.
Oyun AVRO-2021-ə yüksəlmək şansını itirən komandamız üçün formal xarakter daşıyacaq. Qrup lideri ilə görüşdə qazanılacaq xal qrup 3-cü olmaq baxımından faydalı ola bilər.
Qeyd edək ki, final mərhələsinə qrup qalibləri və ən yaxşı nəticəyə malik beş 2-ci yer sahibi yüksələcək.
V tur, 15 may
19:00. Yunanıstan – Azərbaycan
Hakimlər: Simone Santi (İtaliya), Vladimir Simonoviç (Serbiya)
Podqoritsa. “Verde” İdman Kompleksi