Səmədağa Şıxlarov avtomobil qəzasında həyatını itirdi

ESTAFET/ “Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarov vəfat edib. Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O bildirib ki, 66 yaşlı futbol veteranını avtomobil vurub. Hadisə bu gün Həsən Əliyev küçəsindəki evinin yaxınlığında baş verib. Şıxlarov hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Şıxlarov 1974, 1977-80, 1982-84-cü illərdə “Neftçi”nin formasını geyinib. O, həmçinin Sumqayıt “Xəzər”i, Mingəçevir “Avtomobilçi”si, Kiyev OİK-i, Gəncə “Kəpəz”i və Siyəzən “Çıraqqala”sında forma geyinib. 1982-ci ildə SSRİ Olimpiya yığmasında da cəlb olunan Şıxlarov karyerasının sonlarında “Neftçi”nin futzal komandasında da oynayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV